BAKI, 10 iyul. TELEQRAF

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri ilə 240 MVt gücündə külək elektrik stansiyasının istismara verilməsini müzakirə edib.

Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında bildirib.

"Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla səmərəli görüş keçirdik. Görüş zamanı ikitərəfli enerji gündəliyinin aktual məsələləri - Birgə Texniki Komissiyanın iclası, Səudiyyə şirkətləri ilə karbohidrogen sektorunda əməkdaşlıq, 240 MVt gücündə külək elektrik stansiyasının istismara verilməsi, dənizdə 3,5 QVt-lıq külək enerjisi və digər layihələrin icrası ilə bağlı müzakirələr apardıq", - deyə nazir qeyd edib.