BAKI, 3 iyun. TELEQRAF

30-cu ildönümünü qeyd edən Bakı Enerji Forumunda Azərbaycanın mənbə və marşrutların davamlı diversifikasiyasına əsaslanan neft-qaz və bərpa olunan enerji layihələri barədə fikirlərimizi bölüşdük.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.

Nazir bildirib ki, Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirən genişmiqyaslı "yaşıl enerji dəhlizləri"nin müasir enerji təhlükəsizliyi arxitekturasında regionun rolunu gücləndirən strateji əhəmiyyəti qeyd edilib.