BAKI, 2 iyun. TELEQRAF

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı kontekstində “China Energy Engineering Corporation Limited” şirkəti ilə enerji sahəsində hərtərəfli strateji əməkdaşlıq sazişi imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.

Nazir qeyd edib ki, bu mühüm sənəd bərpa olunan enerji mənbələrindən istifadə, enerji sistemlərinin planlaşdırılması, şəbəkə infrastrukturunun tədqiqi, birgə Tədqiqat Mərkəzinin yaradılması, günəş və külək enerjisi layihələrinin icrası, eləcə də yaşıl enerji dəhlizi təşəbbüsü istiqamətində çoxşaxəli əməkdaşlığı əhatə edir.