BAKI, 30 may. TELEQRAF
"İcra olunan yaşıl enerji layihələri hesabına 2040-cı ilədək regionda gözlənilən tələbat tam olaraq yaşıl enerji ilə qarşılanacaq".
Teleqraf xəbər verir ki, bunu "Azərenerji" sədrinin müşaviri Vüqar Əliyev "Enerji təminatı məsələləri üzrə İşçi Qrupu”nun iclasında deyib.
O bildirib ki, regionun hidroenerji potensialından səmərəli istifadə üçün yaxın dövr ərzində 23.1 MVt gücündə əlavə 6 Kiçik Su Elektrik Stansiyasının (KSES) tikintisinə başlanılacaq.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, istismar edilən KSES-lər hesabına ilin bütün fəsillərində 100% yaşıl enerji ilə təchiz edilir, artıq qalan enerji ölkə enerji sisteminə ötürülür", - deyə o, əlavə edib.