BAKI, 30 may. TELEQRAF
"Mincivan-Ağbənd" qaz kəmərinin və "Ağbənd" Qaz Tənzimləyici Məntəqənin (QTM) tikintisi ilə bağlı layihə sənədləri hazırlanıb.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəisinin birinci müavini Sərxan Babaşov "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclasında deyib.
O bildirib ki, 2025-ci ilin kapital qoyuluşları proqramında obyektin tikintisi nəzərdə tutulub.
"Tikinti işləri üçün qaz kəmərləri dəhlizinin və tikiləcək QTM-in yerinin seçilməsinə uyğun olaraq torpaq dəhlizlərinin və sahələrinin ayrılması üçün 18.02.2025-ci il tarixli 4-2-12/2-187/2025 saylı məktubla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (DŞAK) müraciət olunub", - deyə əlavə edib.