XANKƏNDİ, 30 may. TELEQRAF
Azərbaycanın işğaIdan azad ediImiş ərazilərində SOCAR tərəfindən qaz nəqli sisteminin mərhələli şəkiIdə yenidən qurulması üçün əsasən 4 istiqamət üzrə magistral qaz kəmərlərinin tikintisi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəisinin birinci müavini Sərxan Babaşov Xankəndidə "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclasında deyib.
O bildirib ki, Laçın, Şuşa, Ağdam və Kəlbəcər qaz kəməri qolunun tikintisi nəzərdə tutulub.