BAKI, 14 iyul. TELEQRAF
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planı açıqlanıb.
Teleqraf xəbər verir ki, 2026-cı il üzrə magistraturaya qəbul planı 17 min 688 yer təşkil edir. Bu göstərici ötən il 16 min 848 idi. Beləliklə, qəbul planı 840 yer artırılıb.
Dövlət sifarişi əsasında ayrılan yerlərin sayı isə ötən illə müqayisədə azalıb. 2025-ci ildə dövlət sifarişli yerlərin sayı 7 min 84 olduğu halda, bu il 7 min 22-dir.