BAKI, 28 yanvar. TELEQRAF
Beynəlxalq media nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdam rayonu Nəmirli kəndində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olub.
Bu barədə Teleqraf-a Minatəmizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, qonaqlar ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumatlandırılıb, onlara müsahibələr verilib.