BAKI, 7 yanvar. TELEQRAF

2025-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən elmi dərəcə verilən kişi və qadın iddiaçıların sayı açıqlanıb.

Bu barədə Teleqraf-a komissiyadan məlumat verilib.

Bildirilib ki, fəlsəfə doktoru dərəcəsi alanlar arasında qadınların sayı 322, kişilərin sayı isə 152 nəfər olub.

Elmlər doktoru dərəcəsi üzrə isə qadın iddiaçıların sayı 37, kişi iddiaçıların sayı 45 nəfər təşkil edib.