BAKI, 26 dekabr. TELEQRAF

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı ümumilikdə 6033 müraciət daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə agentliyin illik hesabat tədbirində çıxışı zamanı Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov məlumat verib.

Onun sözlərinə görə, 5167 müraciətin ekspertizası başa çatıb, 866 müraciət üzrə isə proses davam edir.

“Ekspertizası tamamlanan müraciətlərdən 4333-nə müsbət rəy verilib və müvafiq şəhadətnamələr təqdim olunub. 834 kvalifikasiya üzrə isə mənfi rəy bildirilib”, – o əlavə edib.