BAKI, 8 oktyabr. TELEQRAF

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə işə qəbul müsahibəsinə 9 oktyabr tarixindən etibarən start verilir.

Bu barədə Teleqraf-a Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.