BAKI, 11 sentyabr. TELEQRAF

Növbəti tədris ilində Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 ümumi təhsil müəssisəsinin açılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda ümumi təhsil müəssisələrində 2 807 şagird təhsil alacaq, 334 nəfər heyət üzvü olacaq.