BAKI, 30 iyul. TELEQRAF

“Sosial şəbəkələrdə imtahan qaydalarını pozan şəxslərin ifşa olunmasına dair məlumatlar yayılır. Dövlət İmtahan Mərkəzi (DİM) hər zaman imtahanların şəffaflığı üçün tədbirlər görür”.

Teleqraf xəbər verir ki, bunu DİM-in aparat rəhbəri Vəfadar Misirov “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, imtahanlar bitdikdən sonra məlumatlar açıqlanmır, press-reliz dərc edilir:

"İmtahan qaydalarını pozanlar barəsində vaxt və yerindən asılı olmayaraq tədbirlər görülür.

Hüquq-mühafizə orqanlarına müraciət edilib, bir neçə abituriyent istintaqa cəlb edilib. Prosesin nəticələri barədə istintaq bitəndən sonra məlumat dərc ediləcək".