BAKI, 10 iyul. TELEQRAF
"Sertifikasiya imtahanlarında xarici dil müəllimlərindən 12%-i uğur qazana bilib".
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, 13957 nəfər xarici dil müəllimlərinin sertifikatdırma imtahınında iştirak edib.
"1657 nəfərin əmək müqaviləsinə xitam verilib".
Onun sözlərinə görə, orta balı ən yüksək və ən aşağı olan 15 rayon, şəhər mövcuddur.
"Ən aşağı balı olan şəhər və rayon siyahısında Lənkəran, Goranboy, Şamaxı, Gədəbəy, Cəlilabad, Füzuli, Ağdam, Tərtər, Ağsu, Samux, Sabirabad, Yardımlı, Lerik, Ağcabədi, Astara yer alır. Astarada hər 3 müəllimdən biri ilə yolumuzu ayırmalı olduq", - nazir əlavə edib.
E.Əmrullayev eyni zamanda ən yüksək nəticə göstərən rayon və şəhərlərin adını açıqlayıb:
"Bunlar Qubadlı, Sumqayıt, Zəngilan, Mingəçevir, Bakı, Oğuz, Abşeron, İsmayıllı, Qax, Qazax, Gəncə, Siyəzən, Xaçmaz, Şəmkir, Qəbələdir".