BAKI, 17 iyun. TELEQRAF
270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.
Bu barədə Teleqraf-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2024-2025-ci tədris ilində paytaxtın 270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub. Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 9 323 sinif üzrə 256 996 şagirdi əhatə edib. Layihə çərçivəsində 6 030 müəllim müvafiq təlimlərdən keçib.
Həmçinin şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub.