BAKI, 23 may. TELEQRAF
"Ümumi orta təhsil bazasında qəbul planı ötən illə müqayisədə bu il azaldılıb".
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfrasında deyib.
O qeyd edib ki, orta ixtisas təhsili müəssisələrinə qəbul planı və ötən il 10930 olduğu halda, 2025-ci il üçün təxminən 25 faiz azalaraq 8144 olacaq.
Tam orta (11 illik) təhsil bazasında qəbul planı isə 28.15 faiz artaraq 15 min 874 yerə çatdırılıb.