BAKI, 23 may. TELEQRAF

“Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 min nəfərdən artıqdır”.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfrasında deyib.

O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var:

“Bu ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib”.

M. Abbaszadə 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə ümumilikdə 60 min 489 plan yeri ayrıldığını bildirib. O, ötən illə müqayisədə plan yerlərinin 2.21% (1309 yer) artırıldığını da qeyd edib.