BAKI, 1 may. TELEQRAF

Bakıda 33 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 30 alternativ qeydiyyat mərkəzi fəaliyyətə başlayıb.

Eyni zamanda birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər.