BAKI, 30 aprel. TELEQRAF

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat davam edir.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bu saata qədər 130 mindən çox abituriyent qeydiyyatdan keçib.

Ən çox müraciət I ixtisas qrupunadır, belə ki, 29321 nəfər qeydiyyatdan keçib. II qrup üzrə 24113 nəfər, III qrup üzrə 26541, IV qrup üzrə isə 6268 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, qeydiyyat mayın 1-də saat 23:59-da başa çatacaq. Elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.