​BAKI, 20 aprel. TELEQRAF

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən Teleqraf-a verilən məlumata görə, imtahanda 53649 şagird iştirak edib.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.