.jpg)
BAKI, 10 aprel. TELEQRAF
Bu il martın 2-də keçirilmiş buraxılış imtahanlarında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Onlardan 16-sı qız, 6-sı isə oğlandır.
Bundan başqa, imtahanda iştirakı nəzərdə tutulan 57439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.
Qeyd edək ki, martın 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri bu gün açıqlanıb.