
BAKI, 26 mart. TELEQRAF
Martın 26-da Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Çanq Lih Kanq ilə ikitərəfli görüş keçirib.
Teleqraf xəbər verir ki, tədbir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində baş tutub.
Görüş zamanı ölkələr arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib. Tərəflər potensial inkişaf perspektivləri üzərində də fikir mübadiləsi aparıb.