BAKI, 24 mart. TELEQRAF

Lids Universitetinin britaniyalı alimləri Aberstvit Universitetinin həmkarları ilə birlikdə Xumbu buzlaqının əriməsini araşdırmaq üçün Everest zirvəsinə qalxacaqlar. Buzlağun əriməsi Himalaydakı su ehtiyatlarından asılı olan bir neçə ölkənin əhalisi üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Lids Universitetinin rəsmi saytında məlumat verilib.

Himalay buzlaqları Nepal, Hindistan, Pakistan və regionun digər ölkələrində milyonlarla insan üçün həyat mənbəyidir.

Ekspedisiya əsas diqqəti intensiv Günəş radiasiyasının hətta sıfırdan aşağı temperaturda belə qarın əridiyi Qərbi Sirkinə yönəldəcək.

Tədqiqatçılar dəniz səviyyəsindən 6000 metrdən çox hündürlükdə işləyərək, buzlaqın temperaturunu ölçmək üçün buzlaqda qazma işləri aparacaqlar.

Onlar Everestə gedən marşrutun ən təhlükəli hissələrindən biri olan Xumbu buz şəlaləsini aşmalı olacaqlar. Avadanlıqlar helikopterlə gətiriləcək və komanda gecə temperaturunun -10°C-dən aşağı düşdüyü buz üzərində düşərgə quracaq.

Qazıntı işləri aparmaq və məlumat toplamaq üçün alimlər günəş panellərindən, batareyalardan və propandan istifadə edəcəklər, belə ki bu yüksəklikdə ənənəvi enerji mənbələri etibarsızdır. Məlumatlar real vaxt rejimində peyklər vasitəsilə ötürüləcək.