
BAKI, 14 mart. TELEQRAF
Ötən ilin dövlət büdcəsindən təhsil xərclərinə 4,55 mlrd. manat ayrılıb.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd olunub ki, bu, əvvəlki ilin icra göstərici ilə müqayisədə 426 mln. manat və ya 10,3 fazi çoxdur.
“Müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb”, - deyə hesabatda qeyd olunub.