BAKI, 14 mart. TELEQRAF

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ali və orta ixtisas təhsil müəssisələrinə müraciətdə artım müşahidə edilib.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd olunub ki, hazırda ölkənin ali və orta ixtisas təhsilli müəssisələrində dünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Bildirilib ki, tələbələr əsasən, Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələri təmsil edirlər.