BAKI, 14 mart. TELEQRAF

Ötən ilin sonunda ümumi təhsil müəssisələrində 9 şagirdə 1 kompüter düşüb.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Bildirilib ki, 2024-cü ildə təhsil müəssisələrində əlavə 40 min ədəd kompüter avadanlığı ilə təchiz olunması istiqamətində iş aparılmış, həyata keçirilən tədbirlər nəticəsində ötən ilin sonunda ümumi təhsil müəssisələrində 9 şagirdə 1 kompüter düşüb.

“2026-cı ilin sonunda isə bu nisbətin 1:6 olması nəzərdə tutulur. Ölkə üzrə 4,2 min təhsil müəssisəsi internat bağlantısı ilə təmin olunub ki, bunların 1,8 mini fiber-optik, 1,7 mini simsiz və 777-i isə ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib”, - deyə məlumatda qeyd olunub.