BAKI, 14 mart. TELEQRAF

Müəllimlərin işə qəbul müsabiqəsi nəticəsində 6,3 minə yaxın müəllim işlə təmin olunub.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

“2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün 60,7 min nəfər müraciət edib, 50,3 min namizədlə test imtahanı mərhələsi təşkil olunub. Elan edilən vakant yerlərin 90%- i tutulub”, - məlumatda qeyd olunub.