.jpg)
BAKI, 7 mart. TELEQRAF
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahan elektron qaydada 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
"İmtahanda 98 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, 38 nəfər tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 10 - 11 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək", - məlumatda qeyd olunub.