BAKI, 7 mart. TELEQRAF

"İddia edilən məsələ ilə bağlı kütləvi hal müşahidə edilmir"

Bu barədə Teleqrafa-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edək ki, Azərbaycanda məktəb direktorlarının kütləvi bülletenə çıxdığı ilə bağlı iddialar yayılıb. Bildirilib ki, direktorların əksəriyyəti xəstəlik vərəqəsi (“bülleten”) açdıraraq işdən müvəqqəti uzaqlaşıb. Buna səbəb isə qarşıdakı yoxlamalardan yayınmaqdır.