BAKI, 5 mart. TELEQRAF

Mətləb Əsgər Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə direktor müavini təyin olunub.

Bu barədə Teleqraf-a Təhsil İnstitutundan məlumat verilib.

Qeyd edək ki, Mətləb Əsgər bakalavr təhsilini 2005-2009-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi”, magistratura təhsilini isə İngiltərənin Leicester Universitetində “İnsan resurslarının və təlimlərin idarə edilməsi” ixtisası üzrə alıb.

O, 2012-2024-cü illərdə SOCAR-ın müxtəlif idarələrində insan resursları, işə qəbul, öyrənmə və təlimlərin idarə edilməsi sahələrində, 2024-cü ildə isə Yaponiyanın “SANKYU” şirkətində təlim üzrə menecer vəzifəsində çalışıb.

Bu günə kimi xaricdə sahəsi üzrə 20-dən çox beynəlxalq təlimdə iştirak edib.