BAKI, 3 mart. TELEQRAF

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda indiyədək 109935 abituriyent iştirak edib.

Teleqraf Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən xəbər verir ki, bu saata qədər ali təhsil müəssisələrinə ümumilikdə 106836 nəfər qeydiyyatdan keçib. . Onlardan 96813 nəfəri Azərbaycan bölməsi, 10023 nəfər isə rus bölməsidir. Kolleclərə isə 96871 nəfər müraciət edib. Onlardan 89461 nəfəri Azərbaycan bölməsi, 7410-si isə rus bölməsidir.

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2025-ci il fevralın 20-də başlanıb və 5 mart saat 23:59-dək davam edəcək. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.