
BAKI, 3 mart. TELEQRAF
Ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin əmək qabiliyyətini müvəqqəti itirməsi (xəstəlik, karantin və digər səbəblərdən) ilə əlaqədar fənn üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak edə bilmədiyi hallarda, müvafiq tibbi arayışa əsasən həmin tələbələrin imtahanlara buraxılmasının təmin olunmalıdır.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunub ki, bu məsələnin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarlarına dəyişikliklər edilməsi təklif olunur.
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.