BAKI, 3 mart. TELEQRAF

Məktəbəqədər, orta və ali təhsil müəssisələrində qidanın keyfiyyətinə, təhlükəsizliyinə və rasionuna diqqətin artırılması, yetkinlik yaşına çatmayanlar üçün qəbul edilməsi qadağan olunan və ya məqsədəmüvafiq hesab edilməyən qida məhsullarının satışına nəzarətin gücləndirilməsi vacibdir.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə qeyd olunur ki, insan həyatı və ya sağlamlığı üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, Elm və Təhsil Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə birgə müntəzəm olaraq planlı və plandankənar monitorinqlər keçirilsin.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.