
BAKI, 3 mart. TELEQRAF
"Təhsil müəsissələrində öz həllini tapmayan məsələlərdən biri də tədris prosesində istifadəsi tələb olunan iş dəftərlərinin şəxsi vəsait hesabına alınmasıdır".
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunub ki, orta təhsil icbari və dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün dərsliklər və onların komplektləri də şagirdlərə ödənişsiz təqdim edilməlidir. Odur ki, dərsliklərlə yanaşı, digər köməkçi vəsaitlərin də şagirdlərə dövlət hesabına verilməsi vacibdir.
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.