BAKI, 27 fevral. TELEQRAF

"Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb".

Bu barədə Teleqraf-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

“Bakı şəhəri 25 nömrəli tam orta məktəbin müəllimi Xeyransa Karakova fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilib və fevralın 26-da orada dünyasını dəyişib. Müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”, - məlumatda bildirilib.

Qeyd edək ki, mətbuatda Xeyransa Karakovanın valideynlə mübahisədən sonra vəfat etdiyi iddia olunur.