BAKI, 11 fevral. TELEQRAF

Quba-Xaçmaz bölgəsində dörd məktəb binasının tikintisi davam edir.

Teleqraf xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məlumatına əsasən, Quba rayonu Hacıhüseynli kəndində 528, Qusar rayonu Kuzunqışlaq kəndində 220, Cibir kəndində 264 şagird yerlik məktəb binalarının tikintisi həyata keçirilir. Şabran rayonu Ağalıq kəndində 648 şagird yerlik tam orta məktəbin tikintisi davam edir.

Qeyd olunub ki, son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib, 5 modul tipli məktəb istifadəyə verilib. 7 məktəb binası isə sökülərək yenidən tikilib.