BAKI, 11 fevral. TELEQRAF

“Təhsilalanların yeni texnologiyalarını mənimsəməsi, cinsi ayrıseçkiliyə yol verilməməsi əsas məsələlərdəndir”.

Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova deyib.

O bildirib ki, əsas hədəf qadın və qızların innovativ elmi sahələrə yönəlməsidir:

“Ümumi məlumatlığın artırılmasına hədəflərimizdəndir. Təhsil hər kəs üçün əlçatandır. Dərsliklərdə gender bərabərliyini təşviq edən mesajlar yer alır. Qızların 2026-ci ilə qədər rəqəmsal bacarıqların artırılması tam təmin ediləcək”.