![](https://teleqraf.az/storage/2025/02/11/715x378/whatsapp_image_2025-02-11_at_10.49.33.jpg)
BAKI, 11 fevral. TELEQRAF
“Qızların kariyera inkişafını izləmək bizim üçün vacibdir”.
Teleqraf xəbər verir ki, bunu “STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov 11 fevral - Elmdə Qadın və Qızların Beynəlxalq Günü adlı tədbirdə deyib.
“Bu layihə bu ilki tədris ilindən etibarən ölkənin bütün regionlarında 4-cü siniflərdən 9-cü sinifə qədəri yaş qruplarını əhatə edir. Bu yaş qrupunda 250 mindən çox şagird var. Qızların kariyera inkişafını izləmək bizim üçün vacibdir. Qadınlar təkcə müəllim, həkim olmalıdır fikirləri dəyişməlidir. Biz çalışırıq ki, qadınlar digər peşələrə də töhfə versinlər", - deyə İlqar Nəzərov əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda 400-ə yaxın STEAM mərkəzi fəaliyyət göstərir: "Ağdamda iki STEAM mərkəzi hələ fəaliyyətə başlamayıb, Şuşada isə artıq fəaliyyətdədir”.