BAKI, 6 fevral. TELEQRAF

Müəllim orta ixtisas təhsilli deyil, ali təhsilli olmalıdır.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, gələcəkdə köməkçi müəllimlər heyəti də yarana bilər.

“O zaman orta ixtisas təhsili alan – kollec müəllimləri həmin vəzifəni icra edə bilərlər”.