Teleqraf.com-un “Ölümqabağı” layihəsinin bugünkü qonağı şair Aqşin Evrəndir.

Yaxında öləcəyinizi bilsəydiniz:

- …son kəs nə düşünərdiniz?

- Düşünərdim ki, necə eləyim ölməyim.

- … hansı yeməkdən yeyib hansı içkini içərdiniz?

- Yemək yeməzdim, payımı küçədə hansısa ac uşağa verərdim, sonra pivə içə-içə onun iştahla yeməsinə tamaşa edər, həyatdan zövq alardım. Dünyada ən möhtəşəm canlı tox uşaqdır.

- …kiminlə görüşmək istəyərdiniz?

- Uşaqlığımla.

- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?

- Xatirələr yüksək gərginlikli elektrik xəttidir. İstəmirəm kimdəsə xatirəm qalsın.

- …son kəs kimi öpərdiniz?

- Ağır işlərdə çalışan uşağı.

- …son dəqiqələrinizi necə keçirtmək istəyərdiniz?

- Ayda oturub viski içə-içə Yer kürəsinə baxmaq istərdim.

- ...o biri dünyada kimi görmək istəyərdiniz?

- Bu dünyada olan bütün pis adamların yaxşı halını.

- ...kimi özünüzlə aparmaq istəyərdiz?

- Aparmaq istədiyim nəhəng adamlar artıq o biri dünyadadırlar.

- ...son 3 kəlməniz nə olardı?

- Yaşamaq, səni sevirəm!

- ...son şeirinizin adını nə qoyardınız?

- “Mən ayaqsız birini görəndə axsadım ki, tək qalmasın”

- ...Əzrayıla təklifiniz nə olardı?

- Ona təklif edərdim ki, çıxıb getsin.