Rubrikamızın ilk qonağı əməkdar artist, məşhur kino və teatr aktyoru Rasim Cəfərdir.

Yaxında öləcəyinizi bilsəydiniz, sonuncu dəfə:

- ... nə düşünərdiniz?

- Hələ rolumu tam oynamamışam…

- ... hansı yeməyi yeyib, hansı içkini içərdiniz?

- Gürcü xəngəli ilə qırmızı şərab!

- ... kiminlə görüşmək istəyərdiniz?

- Sevdiklərimlə, övladlarımla…

- ... hansı ölkəyə getmək istərdiniz?

- İtaliya!

- ... kimi öpərdiniz?

- Sevdiyim insanı və övladlarımı…

- ... hansı kitabı oxuyardınız?

- Alber Kamyunun "Yad"ını yenidən oxuyardım…

- ... hansı musiqiyə qulaq asardınız?

- Gözəl bir türküyə

- ... kimə və nə hədiyyə alardınız?

- Mən hədiyyə almaqda həmişə çətinlik çəkmişəm… Bilmirəm...

- ... hansı filmə baxardınız?

- Fransız komediyasına.

- ... son 3 kəlməniz nə olardı?

- Pərdələr bağlanınca alqışlayın!