İraq ordusu koalisiya qüvvələri ilə birlikdə İŞİD terror təşkilatına qarşı əməliyyatları davam etdirir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yerli qüvvələr bu dəfə Ənbar əyalətinin Elbu bölgəsində terrorçulara ağır zərbə endirib. Hücum nəticəsində İŞİD döyüşçüləri geri çəkilmək məcburiyyətində qalıb.

İraq Müdafiə Nazirliyinin verdiyi məlumata görə, artıq bölgədə İraq bayrağı dalğalanır. Toqquşmalar nəticəsində çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Samir