Türkiyədə evli qadına gül göndərən kişiyə həbs cəzası verilib.
Teleqraf.com Türkiyə mətbuatıa istinadən xəbər verir ki, Çanaqqalada oteli olan ailəli İsmayıl Beydili İzmirdə mağaza sahibi olan qadın İşıl Vurala gül göndərib. Güllə bərabər o, qadına üzərinə "Ağlım sizdə qalıb" sözləri yazılan açıqca da göndərib.
Evli olan Vuralın şikayətindən sonra İsmayıl haqqında 2 ay 15 gün həbs cəzası çıxarılıb. Ancaq hərəkəti cinayət xarakteri daşımadığı üçün cəza bir il sınaq müddəti ilə əvəz olunub. Bununla kifayətlənməyən İşıl Vural ona göndərilən güllərin və açıqcanın həyatını qaraltdığını əsas gətirərək 20 min lirə (7200 manat) təzminat davası açıb.
Rüstəm