BAKI, 18 avqust. TELEQRAF
ABŞ hərbçiləri İranın dəniz blokadasının iyulun 14-də bərpa edilməsindən sonra 64 kommersiya gəmisinin hərəkət istiqamətini dəyişdirib.
Teleqraf xəbər verir ki, bu barədə ilkin mənbə kimi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
“Avqustun 17-nə olan məlumata görə, CENTCOM qüvvələri 64 kommersiya gəmisinin marşrutunu dəyişdirib, 3 gəmini sıradan çıxarıb və daha 2 gəmiyə desant çıxarıb”, – məlumatda deyilir.
CENTCOM əməliyyatlar çərçivəsində ümumilikdə 69 kommersiya gəmisinə qarşı müxtəlif tədbirlərin görüldüyünü açıqlayıb.
Qeyd edək ki, ABŞ iyulun 14-də İrana qarşı dəniz blokadasını yenidən bərpa edib. Avqustun 12-də marşrutu dəyişdirilən gəmilərin sayı 59 idi. Son beş gündə bu rəqəm daha 5 gəmi artaraq 64-ə çatıb.