Ukrayna Prezidenti Volodimir Zelenski Volodimir Karpenkonu Silahlı Qüvvələrin Logistika bölməsinin komandanı vəzifəsindən azad edib.

Teleqraf xəbər verir ki, prezident başqa bir fərmanla Yuri Poqribnini Logistika Qüvvələrinin komandanı təyin edib.

Logistika qüvvələri, xüsusən də qoşunları silah, sursat, avadanlıq, yanacaq və ərzaqla təmin etmək, eləcə də hərbi texnikanın təmiri üçün məsuliyyət daşıyır.

Yuri Poqribninin 41 yaşı var. 2007-ci ildə Boqdan Xmelnitski adına Sumı Hərbi Raket Qüvvələri və Artilleriya İnstitutunu bitirib.