BAKI, 17 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın amerikalılar arasında reytinqi 33%-ə düşüb.

Teleqraf xəbər verir ki, bu onun 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən bəri ən aşağı səviyyədir.

"Reuters" və beynəlxalq Ipsos xidməti tərəfindən aparılan birgə sorğunun nəticələrinə əsasən respondentlərin otuz üç faizi Trampın prezident kimi fəaliyyətini bəyənir. Altmış dörd faizi isə əks fikirdədir. Qalanları isə cavab verməyib.

Respondentlərin 80%-i ABŞ və İran arasındakı münaqişənin uzunmüddətli olacağına inanır, respondentlərin 16%-i isə bunun bir neçə həftə ərzində bitəcəyinə inanır.

Sorğu 14-17 avqust tarixlərində ABŞ-də 1166 yetkin şəxs arasında aparılıb.