NAXÇIVAN, 15 iyul. TELEQRAF

Türkiyənin Naxçıvandakı Baş konsulluğunda 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib.

Teleqraf-ın yerli bürosunun xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikasının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına həlak olanların və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin dövlət himnləri səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək qeyd edib ki, bu gün Türkiyə demokratiya uğrunda qələbənin onuncu ildönümünü qeyd edir: “Bu mənfur çevriliş cəhdi türk millətinin qanunun aliliyinə və ölkənin demokratik təsisatlarına sadiqliyini nümayiş etdirən daha bir qəhrəmanlıq dastanı ilə nəticələnib”.

Vurğulanıb ki, 15 iyul gecəsi qardaş Azərbaycan da bu xəyanəti qətiyyətlə qınayaraq Türkiyənin yanında olub. Bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlıq və qardaşlıq nümayiş etdirir.

Digər çıxışların ardınca 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəhid olanlara həsr olunmuş videomaterial nümayiş etdirilib.

Tədbirin sonunda Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı sərgiyə baxış keçirilib.