BAKI, 2 iyul. TELEQRAF
Aralıq dənizində 5,3 maqnitudalı zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Datça rayonu yaxınlığında baş verən zəlzələnin ocağı 19.87 km dərinlikdə yerləşib.