BAKI, 29 iyun. TELEQRAF
İyunun 30-da Türkiyənin xarici işlər naziri Hakan Fidanın Avropa İttifaqının (Aİ) yüksək səviyyəli nümayəndə heyəti ilə görüşü keçiriləcək.
Teleqraf TASS-a istinadən xəbər verir ki, görüşdə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da iştirak edəcək.
Danışıqların əsas mövzusu regiondakı təhlükəsizlik və sabitlik olacaq.
Tərəflər Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqaz, Yaxın Şərq, eləcə də digər regional problemləri müzakirə edəcəklər.
Hakan Fidan və Kaya Kallas Türkiyə ilə Aİ arasında strateji əməkdaşlığın, xüsusilə nəqliyyat və enerji layihələrinin sabitliyə töhfəsini qiymətləndirəcəklər.