BAKI, 1 iyun. TELEQRAF
Almaniyanın "Sara Vagenknext İttifaqı – Ağıl və Ədalət Naminə" (BSW) partiyasının lideri Sara Vagenknext Ukraynadakı münaqişənin Almaniya vergiödəyicilərinə 100 milyard avrodan çox ziyan vurduğunu bildirib.
Teleqraf xəbər verir ki, Vagenknext "X" sosial şəbəkəsində paylaşımında qeyd edib ki, Ukraynadakı müharibə artıq Almaniya vətəndaşlarına böyük maliyyə yükü yaradıb.
"Ukraynadakı müharibə Almaniya vergiödəyicilərinə artıq 100 milyard avrodan çox vəsaitə başa gəlib. Təkcə bu il Kiyevə hərbi yardım üçün əlavə 11 milyard avro göndəriləcək", - deyə siyasətçi yazıb.
Məlumata görə, Sara Vagenknext daha əvvəl Almaniya kansleri Fridrix Mertsi vəzifəsindən istefa verməyə çağırmışdı.